"Autouniversal" məhkəmə qarşısında
"Autouniversal" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları fəaliyyət qaydaları əleyhinə olan (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə görə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər 2 500-3 500 manatadək məbləğdə, hüquqi şəxslər 8 500-10 000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay