“Səba” haqqında yayılan iddiaları təkzib etdi
“Səba” Açıq Səhmdar Cəmiyyətinin istehsalı və satışı dayandırması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Səba" öz fəaliyyətini dayandırmayıb.
Eləcə də bax: "Səba" broyler şirkəti istehsalı və satışı dayandırdı
"Səba" ASC digər fəaliyyət istiqamətlərində olduğu kimi, quşçuluğu da 100 faiz təsisçisi özü olduğu törəmə MMC yaradıb və fəaliyyəti ona ötürüb. Hazırda "Səba" brendi ilə toyuq ətinin istehsalı davam edir. "Səba" brendi ilə toyuqların satışı davam edəcək. İstehsalatdakı əməkdaşlar da artıq həmin MMC-nin əməkdaşlarıdır. Fəaliyyətdə hər hansı dayanma və ya bağlanma yoxdur. "Səba" ASC də hüquqi olaraq öz fəaliyyətini davam etdirir", - ASC-dən qeyd edilib.
Qeyd edək ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay