Xəbər
19.08.2024 / 19:19
"Az-Tex" MMC-yə qarşı ittiham - Qanunsuz əməliyyatlar aparıb?
53964
"Az-Tex" MMC gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə protokol tərtib edilib.
İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
491.1-ci maddəsində inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay