Şuşada COP 29-la bağlı beynəlxaq konfrans keçiriləcək
Dendrologiya İnstitutu COP 29 -la bağlı beynəlxaq konfrans keçirdir.
Trend xəbər verir ki, 30 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.
Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 20-ci sessiyası (COP29) -a həsr edilib.
Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.
Konfrans Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcəkdir.
Konfransın elmi istiqamətləri:
1. Qlobal iqlim dəyişkənliyinin təbii və texnogen mənbələri
2. Qlobal iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri
3. Qarabağ ərazisində torpağın və su hövzələrinin çirklənməsində antropogen amillərin rolu
4. İqlim dəyişilməsi şəraitində qida təhlükəsizliyi və insan sağlamlığı
5. Zərərverici və xəstəliktörədicilərin aqrosenozu, meşə ekosisteminə təsiri və onlara qarşı mübarizə yolları
6. Təbii bitki resusları və landşaft memarlığı
7. Nadir və nəsli kəsilməkdə olan bitkilərin müasir üsullarla çoxaldılması və reintroduksiyası
8. İstixana qazı emisyonları ve fosil yanacaglardan istifadənin iqlim dəyişkənliyində rolu
9. İqlim dəyişkənliyi şəraitində ağıllı şəhər və kəndlərin salınmasının əhəmiyyəti
10. COP 29 – un ətraf mühitin mühafizəsi və bioloji tarazlığın bərpasında rolu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay