BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
53848

Cari ildə Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq.

Valyuta.az xəbər verir ki, bu il Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin (“Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələri) fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla əlaqədar avqustun 16-da İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinə media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib. 

“Az-Tex-Import” MMC-nin təsisçisi Samir İbadullayev media mənsublarına müəssisənin tikintisi istiqamətində görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib.

Bildirilib ki, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 6 milyon manatdan çox sərmayə qoyulub.

İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.

“Az-Tex-Import” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır.

Tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli ölkədə fəaliyyət göstərən ümumi sənaye zonalarının, həmçinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətindən danışıb.

Bildirilib ki, 2013-cü ildən etibarən sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb. Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Belə ki, 2015-ci ildən 2024-ci ilin I yarımil ili də daxil olmaqla sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,35 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarımilində sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 476,6 milyonluq hissəsi ixracın payına düşür.

Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,1%, ixracında isə 26,9% təşkil edib.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye Parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6.2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkda hazırda 24 müəssisə fəaliyyət göstərir, bu il daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Yeni fəaliyyətə başlayacaq müəssisələr tərəfindən Sənaye Parkına ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq"

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin