Xəbər
16.08.2024 / 18:18
İlk Super Ay görünəcək - Bu tarixdə
53847
Avqustun 19-da ilin ilk Super Ayı müşahidə olunacaq.
Valyuta.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edilib ki, bu Super Ay Mavi Super Aydır. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər.
Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. 19 Avqustda Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq.
Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay