Xəbər
16.08.2024 / 17:37
Dövlətə məxsus zavod külli miqdarda cərimələnə bilər
53838
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində olan “Radioquraşdırma zavodu” barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, zavoda qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay