Xəbər
16.08.2024 / 18:36
Nazir polkovnikə yeni vəzifə verdi
53837
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Nəsirov Rəşad Tağı oğlunu vəzifəsindən azad edilib.
Valyuta.az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəşad Nəsirov Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Rəşad Nəsirov xidmət etdiyi nazirlik və ölkə başçısı tərəfindən bir sıra orden və medallarla təltif edilib. O, Türkiyədə meşə yanğınlarının söndürülməsi və zəlzələ zamanı xilasetmə işlərində fəal iştirak edib.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay