15.08.2024 / 12:49
KOBİA-nın şirkəti nizamnamə kapitalını azaldır - DETALLAR
53732
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkət kapitalını 24.925 AZN azaldaraq 3195 075.10 manata endirib.
Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, 2020-ci ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay