"Protean Construction" əmək qanunvericiliyini pozub?
"Protean Construction" Açıq Səhmdar Cəmiyyətinin (ASC) qanuni təmsilçisi Məhəmməd Təhməzov İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələnib.
Valyuta.az xəbər verir ki, cəriməni Dövlət Əmək Müfəttişliyi Xidməti yazıb.
Məhəmməd Təhməzov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib.
Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay