Xəbər
14.08.2024 / 12:10
Bu il 99 min nəfər işlə təmin edilib
53647
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyul aylarında 233,1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə Valyuta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 99 min nəfəri münasib işlərlə təmin edilib, 3,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Qeyd olunan dövrdə Agentlik tərəfindən 10,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 120,8 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay