Xəbər
13.08.2024 / 17:06
Appro Hospital gömrük qaydalarını pozmaqda ittiham edilir
53613
Dövlət Gömrük Komitəsi (DGK) Appro Hospital barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, hospitala qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddədə vəzifəli şəxslərin min manat, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay