Xəbər
13.08.2024 / 15:52
ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıldı -Təhlükəsizlik Xidməti xəbərdarlıq etdi (FOTO)
53592
Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta “edv-almaq.com” adlı veb-sayt yaradılıb.
Valyuta.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “edv-almaq.com” adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay