Azərbaycandan xaricə tranzit, yoxsa birbaşa səyahət sərfəlidir? - VİDEO
Bəzi xarici ölkələrə tranzit uçuşlarla səfər etmək birbaşa getməkdən daha ucuzdur. Başqa sözlə, əgər siz Bakıdan təyyarə ilə birbaşa deyil, digər hər hansı bir ölkədən tranzit keçməklə getsəniz, aviabilet qiyməti daha ucuz olacaq.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, məsələn, bu ay Bakıdan Dohaya birbaşa uçmaq 352, tranzit yolla uçmaq isə 325 avroya başa gəlir. Berlinə isə birbaşa uçuş üçün 340, tranzit uçuş isə 222 avrodur.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bu imkanlardan bir çox turistlər mütəmadi yararlanır. Məqsəd nisbətən az xərclə daha çox ölkə gəzməkdir.
Ekspert deyir ki, tranzit uçuşların qiyməti birbaşa uçuşlardan adətən uzaq ölkələrə səfər zamanı daha sərfəli olur. Yaxın ölkələrdə isə adətən birbaşa uçuşlar daha ucuz olur. Bununla belə, ekspert deyir ki, sərnişinlər tranzit uçuşlarda bir sıra problemlərlə üzləşə bilərlər. Bu məqsədlə onlara diqqətli olmaq tövsiyə edilir.
Ekspert onu da bildirir ki, xüsusilə yay ayları olduğu üçün bəzi istiqamətlər üzrə aviabilet qiymətlərində artım var. Məsələn, Türkiyə istiqamətində 30%, Avropa ölkələri istiqamətində 35-40%, Moskva istiqamətində isə 25% bahalaşma var.
Daha ətraflı Xəzər Xəbərin videomaterialında:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay