Bu rayonda 41 yeni iş yeri yaradılıb, orta aylıq əməkhaqqı artıb
Cəlilabad rayonunda bu il yeni yaradılan iş yerlərinin sayı məlum olub.
Cəlilabad Rayon Statistika İdarəsindən “Report”un Muğan bürosuna verilən məlumata görə, bu ilin altı ayında 41 yeni iş yeri açılıb.
Onlardan 17-si mövcud, 24-ü isə yeni yaradılmış müəssisə və təşkilatlarda olub.
Həmçinin 2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 676,7 manat təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artıb.
Maliyyə və sığorta fəaliyyəti sahələrində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, dövlət idarəetməsi və müdafiə, informasiya və rabitədə, təhsildə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışan işçilərin orta aylıq əməkhaqqı digər sahələrlə müqayisədə daha yüksək olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay