08.08.2024 / 12:27
Aİ-də qaz anbarlarının ehtiyatları 95 mlrd. kubmetri ötüb
53285
Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 86%-i ötüb.
Bu barədə Valyuta.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
əlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 86,48% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,67 faiz bəndi çoxdur.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 95,2 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay