Xəbər
07.08.2024 / 16:20
SOCAR-ın "Kompleks Qazma İşləri Tresti"nə yeni rəis təyin olundu
53223
SOCAR-ın "Kompleks Qazma İşləri Tresti"nin rəisi dəyişib.
Valyuta.az-ın əldə etdyi məlumata görə, Pirim İsayev tutduğu vəzifəsindən azad edilib. Onun yerinə isə Rəşad Əsgərov təyin edilib.
Qeyd edək ki, mediada yayılan məlumatlarda sabiq rəis Pirim İsayevin SOCAR-ın vitse prezidenti Babək Hüseynovun yaxın dostu olduğu bildirilir.
Xatırladaq ki, SOCAR-ın “Kompleks qazma işləri tresti" (KQİT) 2007-ci ildən etibarən fəaliyyət göstərir. KQİT fəaliyyəti dövründə ölkəmizin quru və dəniz əraziləri üzrə 30-a yaxın yataqda, o cümlədən “Bulla-Dəniz”, “Darvin Bankası”, “Neft Daşları”, “Günəşli”, “Qərbi Abşeron”, “Pirallahı adası”, “Siyəzən”, “Qaradağ” və başqa sahələrdə axtarış-kəşfiyyat və istismar qazma işlərini həyata keçirib.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay