BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
53151

Son illər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar, sel-subasma, dolu və sair hallar kənd təsərrüfatına da xeyli zərər vurur. Fermerlərin zərərlərini qarşılamaq, davamlı fəaliyyətini təmin etmək məqsədilə yaradılmış Aqrar Sığorta Fondu bu işdə müstəqil aqrar sığorta ekspertlərinin xidmətindən istifadə edir.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a bildirilib ki, qanunvericiliyə əsasən 70-dən artıq ixtisas sahibi Aqrar Sığorta Fondunun təlimlərində iştirak etdikdən sonra Dövlət İmtahan Mərkəzində təşkil olunan imtahandan keçərək aqrar sığorta eksperti kimi fəaliyyətə başlaya bilər.

Hazırda müvafiq prosedurları tamamlayaraq sertifikat əldə edən onlarla mütəxəssis aqrar sığorta eksperti kimi Fondla əməkdaşlıq edir.

Son vaxtlar aqrar sığortaya inamın artması, təsərrüfatların sığortalanması zərurətinin yaranması ilə müstəqil aqrar sığorta ekspertlərinin işinə də tələbat artıb.

Yerli və xarici ekspertlərin təcrübəsini mənimsəyərək bu sahədə fəaliyyət göstərən ekspertlər arasında artıq qadın mütəxəssis də var.

Aqrar Sığorta Fondunun təlimlərində iştirak edərək sertifikat almış Pərvanə Əsədova ölkəmizdə ilk müstəqil aqrar sığorta eksperti sayılır.

Bitkiçilik sahəsində fəaliyyət göstərən xanım ekspert qısa müddətdə ölkənin çoxsaylı rayonlarına ezam olunaraq taxıl, qarğıdalı sahələrinə, meyvə bağlarına baxış keçirərək fermerlərə dəymiş zərərləri hesablayıb.

İlk qadın aqrar sığorta eksperti hesab edir ki, bu sahə sərbəst iş rejimi, iş saatlarının planlaşdırılması və qazanc baxımından qadınlara daha uyğundur. O müvafiq ixtisas sahibi olan qadınlara özlərini bu sahədə sınamağı tövsiyə edib: «Aqrar sığorta sahəsi olduqca faydalı və maraqlıdır. Fermerlərə dəyən zərərin hesablanması və ona uyğun ödənişin edilməsi aqrar sahəyə böyük dəstəkdir. Eyni zamanda bu xanım mütəxəsislərin sərbəst iş rejimində işləyərək yüksək gəlir əldə etməsinə imkan yaradır».

Qeyd edək ki, son vaxtlar kənd təsərrüfatı sahəsində hadisələrin çoxalması sərbəst qrafiklə işləyən aqrar sığorta ekspertlərinin işlərinin və gəlirlərinin artmasına səbəb olub.

Hazırda Aqrar Sığorta Fondunun təlimlərinə qatılan qadın ekspertlərin sayı artmaqdadır. Artıq 10-a yaxın xanım ekspert imtahanı uğurla verərək müstəqil ekspert sertifikatı alıb və yaxın vaxtlarda müstəqil sığorta eksperti kimi fəaliyyətə başlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin