"AZ PRO İNŞAAT" niyə cərimələnir?
"AZ PRO İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimiXalidə Əlisoyun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay