BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9597
  • RUB
    2.1795
  • TRY
    0.0429
  • GBP
    2.2944
53127

“3 il çalışdığım şirkətdən artıq 7 aydır, ayrılmışam. Lakin işlədiyim müddətdə istifadə etmədiyim 90 gün məzuniyyət günüm üçün son haqq-hesabım verilmir”.

Bu sözlərlə “Qafqazinfo”ya “Orion Global” MMC-dən şikayətçi olan keçmiş işçilərdən biri Jalə Mürsəlova müraciət edib.

Xanım iddia edir ki, 3 il mühasib vəzifəsində işlədiyi şirkət onun haqqı olan pulu vermir: “2021-ci ilin 1 iyun tarixində işə başlamışam. Ötən ilin dekabrında da işdən çıxmışam. Həmin müddət ərzində mənim 90 gün məzuniyyətim var idi. Lakin istifadə etməmişdim. İşdən ayrılarkən həmin məzuniyyət günlərimin əvəzində pulumu, 2297,37 manatı tələb etdim. Onlar isə verməyəcəklərini bildirdilər. Bundan əlavə, istədiyim yerə də şikayət edə biləcəyimi qeyd etdilər. Kimə güvənib, kimə arxalanıb bunu edirlər anlamıram...”

Jalə Mürsəlova deyir ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyi ilə danışmağa çalışıb, lakin razılıq əldə edə bilməyib. Bundan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib: “Tələb olunan sənədləri vermişəm. Bank çıxarışlarım yoxlanılıb. Həqiqətən şirkətin mənə son haqq-hesab ödəmədiyi sübut olunub. Müfəttişliyin son sözü o oldu ki, məhkəməyə müraciət etmək hüququm var”. 

Sözügedən şirkətin daha bir keçmiş işçisi Səbuhi Novruzov da bənzər problemlərdən şikayətçidir. Onun sözlərinə görə, imzası olmadan əmək müqaviləsinə xitam verilib: “Mən işdən azad olmağım barədə heç bir ərizə yazmamışam və heç bir yerə bu barədə imza atmamışam. Belə çıxır ki, əmək müqaviləsinə xitam “Orion Global” MMC tərəfindən verilib. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mənə dövr üzrə son haqq-hesabım rəsmi olaraq ödənilməyib”.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, şikayətçinin müraciətinə baxılıb: “Vətəndaş Mürsəlova Jalə Rafiq qızının “Orion Global” MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılıb. Araşdırma zamanı vətəndaş tərəfindən təqdim edilmiş izahatda işlədiyi dövr ərzində məzuniyyət hüququndan istifadə etmədiyi və əsas tələbinin son haqq-hesabının düzgün hesablanaraq ödənilməsi olduğunu qeyd edib.

Müraciətin araşdırılması məqsədilə “Orion Global” MMC-nin ünvanına Xidmətin Bakı şəhər İdarəsi tərəfindən məktub göndərilib və vətəndaşa aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunub, lakin sənədlər təqdim edilməyib. Jalə Mürsəlova izahatında işlədiyi son bir il ərzində əmək haqqını nağd şəkildə aldığını qeyd etdiyindən, son haqq-hesabının ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirmək mümkün olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən Jalə Mürsəlova ilə “Orion Global” MMC arasında bağlanmış 01.06.2021-ci il tarixli əmək müqaviləsinə 06.12.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olub. 

Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmayıb.

Bildiririk ki, “Orion Global” MMC-nin rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə vətəndaşın müraciətinə yenidən baxılaraq cavab veriləcək. 

Müraciətdə qeyd edilmiş məsələnin həlli ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.

Xidmətdən o da bildirilib ki, şikayətçi olan digər vətəndaşın da müraciəti aidiyyəti üzrə araşdırılacaq. 

İddialarla əlaqədar “Orion Global” MMC-nin mövqeyini öyrənmək cəhdlərimiz isə nəticə vermədi. Belə ki, nə şirkətin rəhbəri Turqay Müslümlü, nə də digər əməkdaşlar zənglərimizə cavab verib suallarımızı cavablandırmaq istədi. 

Məlumat üçün bildirək ki, “Orion Global” MMC qida, qeyri-qida məhsullarının ölkəyə idxalı və ixracı, eyni zamanda digər xidmətləri göstərən şirkətdir. 

Qeyd edək ki, Turqay Müslümlü sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğludur. Yerli mətbuatda son illərdə T.Müslümlünün biznesinin çökməsi barədə məlumatlar yayımlanıb. Hətta “Orion Global” MMC adından götürülən kreditlərin ödənilməməsi səbəbindən şirkət müvafiq bank tərəfindən məhkəməyə də verilib. Borclar nəticəsində eks-nazir oğlunun təsisçisi olduğu şirkəti satdığı haqda iddialar da var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox hansı ölkələrdən tələbələr oxuyur?

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bu MMC-nin vəzifəli şəxsi həbs edilib

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ

17 min abonentin qaz təchizatı dayandırılacaq

Nazirlik 230 min manatlıq geyim dəsti alır

İçərisində əqrəb olan içki 132 manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin