Xəbər
31.07.2024 / 18:10
Dünya Göz Azərbaycan Klinikası məhkəmə qarşısında
52787
Dövlət Gömrük Komitəsi (DGK) Dünya Göz Azərbaycan Klinikası barəsində protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 492.1-ci (Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsi, qırılması, zədələnməsi və ya itirilməsi) maddəsi ilə ittiham edilir.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
492.1-ci maddəyə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay