"Xaliq Faiqoğlu" reklam qanunvericiliyini pozub
"Xaliq Faiqoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.
İşə 13.08.2024-cü il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay