Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? - CAVAB
Maraqlıdır, görəsən, baba və nənələrdən nəvələr üçün aliment alına bilər?
Valyuta.az Lent.az-a istinadən xəbər verir ki, ailənin digər üzvlərinin aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə tənzimlənir.
Həmin öhdəliklərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:
Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi:
Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan (18 yaşı tamam olmayan) nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay