Xəbər
29.07.2024 / 21:49
Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uddu
52595
ABŞ-nin Cənubi Karolina ştatında yaşayan cütlük lotereyadan 200 000 dollar dəyərində cek-pot udub.
Valyuta.az baku.ws-ə istinadən bildirir ki, adlarının açıqlanmasını istəməyən cütlük əvvəl 5 dollara billet alıb.
Daha sonra qadın biletin uduşa düşməyəcəyini ehtimal edərək onu zibilə atıb. Bu an o bilməyib ki, onların həyatını dəyişən mükafata az qalıb.
Daha sonra əri qadına zəng edərək çıxan rəqəmlərin lotereya biletindəki rəqəmlərlə eyni olduğunu bildirib.
Onlar zibillikdən 200 000 dollarlıq lotereya biletini tapıblar.
Məlumat üçün bildirək ki, cütlük "Double Sided Dollars Extra Play"dən lotereya bileti alıb. Bu lotereyada belə bir cekpotun qazanılma şansı çox azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay