Xəbər
29.07.2024 / 10:36
Azərbaycanlı xanım UEFA-nın nümayəndəsi olacaq
52572
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Valyuta.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Albaniyada yerli "Partizani" və Gürcüstanın "İberia" komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay