Xəbər
26.07.2024 / 18:43
Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?
52511
"Həsənoğlu LTD" MMC barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsin) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Həsənoğlu LTD" mebel şirkətidir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay