"Kredit Evi" 30 min manat cərimələnə bilər
"Kredit Evi" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmaması) maddəsi ilə ittiham edilir.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
598.1.1-ci maddəyə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər isə iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
"Kredit Evi" ASC 15 mart 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4000 manatdır. ASC-nin qanuni təmsilçisi Bağırov Elşad Ramazan oğludur.
"Kredit Evi" ASC-nin əsas fəaliyyəti qızıl-zinət əşiyaları, telefon, planşet, kompüter, avtomobil girovu ilə kreditləşmə və avtomobil lizinqini həyata keçirməkdən ibarətdir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay