Xəbər
25.07.2024 / 20:55
"Fənərbaxça" 19,5 milyon avroya transfer etdi
52413
Türkiyə Super Liqa nəhənglərindən "Fənərbaxça" Yussuf En-Nesrinin transferi üçün "Sevilya" ilə anlaşıb.
Valyuta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylü" komandadan verilən açıqlamada "Sevilya"ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib. Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.
Beləliklə, "Fənərbaxça" 2000-ci ildə "Qalatasaray"ın 17 milyon avroya transfer etdiyi Mario Jardeli ötərək Super Liqa tarixinin ən bahalı transferini reallaşdırıb.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay