Gəncədə 89 yaşlı sahibkarın ölkədən çıxışı məhdudlaşdırıldı
Gəncədə 200 min manata yaxın vergi borcu olan 89 yaşlı sahibkarın ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az-ın məlumatına görə, Gəncə şəhəri İ.Qayıbov küç, 3-dön, ev 13-də yaşayan 1935-ci il təvəllüdlü M.N-nın dövlət büdcəsinə 196844,55 manat məbləğində (o cümlədən, vergilər üzrə 85804,47 manat, faizlər üzrə 25950,3 manat, maliyyə sanksiyası üzrə 3115 manat), İcbari Tibbi Sığorta Fonduna 22,11 manat olmaqla, ümumilikdə 196866,66 manat borcu yaranıb.
Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməyib.
Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 89 yaşlı M.N-nın borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.
Hakim Gülnaz Quliyevanın sədrliyi ilə keçirilən məhkəmədə 89 yaşlı M.N-nın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay