Xəbər
27.07.2024 / 22:30
Türkiyə vətəndaşlığı almaq çətinləşir, MİT və İnterpoldan rəy alınacaq
52226
Türkiyə vətəndaşlığı almaq çətinləşir.
Valyuta.az xəbər verir ki, bu barədə Əhali və Vətəndaşlıq İşləri üzrə məsul şəxs İbrahim Taşyapan məlumat verib.
Bildirilib ki, bunun üçün mənzil almaq və ailə həyatı qurmaq kifayət deyil.
Bundan sonra həm də Türkiyə polisinin, Milli Kəşfiyyat İdarəsinin (MİT) və İnterpolun rəyinə ehtiyac olacaq.
Məlumata görə, buna səbəb bəzi beynəlxalq mütəşəkkil cinayətkar dəstə üzvlərinin Türkiyə vətəndaşlığı almasına dair iddialardır.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə danışmışdı. O, vətəndaşlıq verilməsi zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi barədə təlimat vermişdi.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay