BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
52128

19 iyul 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin 30, “Neft Daşları”nın 75 illik yubileyləri və Milli Mətbuat Günü münasibətilə SOCAR rəhbərliyinin və bir sıra dövlət qurumlarının, şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub.

Valyuta.az xəbər verir ki, səfər iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu, yeni enerji strategiyasının müəllifi Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qonaqlar Ulu Öndər Heydər Əliyevin adını daşıyan muzeydə Ümummilli Liderin ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlar, dahi şəxsiyyətin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən çoxsaylı tarixi fotolar və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablarla tanış olublar.

Sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub.

Daha sonra səfər iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Tədbir iştirakçıları dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olublar.

Səfər çərçivəsində “Əsrin müqaviləsi”nin 30 və “Neft Daşları”nın 75 illik yubileylərinə həsr olunmuş konsert proqramı təşkil olunub.

“Neft Daşları”nda çalışan neftçilər üçün təşkil olunan konsert proqramından öncə “Azneft” İB-nin baş direktoru Əli Qurbanov çıxış edərək Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb. Baş direktor Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli tərəqqisində, o cümlədən neft sənayemizin inkişafında oynadığı mühüm roldan, “Neft Daşları”nın tarixindən, neftçilərin fədakar fəaliyyətindən bəhs edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Əməkdar artist Aqşin Abdullayevin rəhbərlik etdiyi “A&A” musiqi qrupunun Ulu Öndər Heydər Əliyevə, neftçilərimizə həsr olunan və vətənpərvər mahnılardan ibarət konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bu ərazilərdə qaz olmayacaq

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qızıl və gümüş daha da bahalaşıb

Avro və rubl ucuzlaşdı - Məzənnə

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin