Xəbər
16.07.2024 / 21:32
Nazirin bacanağına məxsus bankla şirkət arasında kredit qalmaqalı
51863
Azərbaycanda diabet və dietik məhsulların satışını həyata keçirən "Az Diabet" şirkəti məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı "AFB Bank"dır.
Bank şirkətlə yanaşı onun qanuni təmsilçisi Fərid Qurbanov barəsində də iddia qaldırıb.
Bankın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Məhkəmə çəkişməsi kredit müqaviləsi ilə əlaqədar mübahisələrlə bağlıdır.
"AFB Bank"ın səhmlərinin 99 faizi iş adamı Hikmət Abuzərova məxsusdur. Mediada gedən məlumatlara görə, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay