BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
51760

2024-cü il iyunun 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 min nəfər çoxdur. Muzdla çalışanların 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 5.5 min nəfər azalıb və özəl sektorda əmək müqaviləsi çalışanların sayı isə 28.6 min nəfər artıb. 

Dövlət sektorunda çalışanların sayının azalmasının, əksinə özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir?

Valyuta.az-ın məlumatına görə, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib:

“Özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktor ilə bağlıdır. Birincisi, ötən müddətdə qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilib. Bu da əmək müqaviləsi ilə çalışmayan bir sıra vətəndaşlarımızın rəsmi muzdla işləməsinə imkan yaradıb. İkincisi, bir sıra qanunvericilik aktlarına, xüsusən də “Vergİ Məcəlləsinə” edilən dəyişikliklər özəl sektorda daha çox iş yerlərinin yaradılmasına səbəb olub. Xüsusən də, mikro və kiçik sahibkarlıqda iş yerlərinin sayının artması müşahidə olunub. Üçüncüsü, iqitisadiyyatın bəzi sahələrində, xüsusən də xdimət sferasında yeni iş yerlərinin sayında artım qeydə alınıb ki, bu da ümumi muzdla çalışan işçilərin sayına birbaşa təsir göstərib”.

Millət vəkili qeyd edib ki, dövlət sektorunda muzdla çalışanların sayının azalması struktur islahatları və bəzi sahələrdə əməyin yenindən qiymətləndirilməsi nəticəsində əmək müqavilələrinin sayındakı dəyişikliklər ilə bağlıdır:

“Belə ki, bu sahələrdə əmək haqqı fondu artasa işçi sayında azalma müşahidə edilib. Məsələn, ötən ilin ilk 5 ayının yekunlarında dövlət mülkiyyətinin ağırlıq təşkil etdiyi təhsli sektorunda 331 min 449 nəfər çalışırdısa bu rəqəm bu ilin iyunun 1-ə 330 min 636-dək azalıb. Və ya dövlət idarəetməsi və müdafiə sferasında muzdla çalışanların sayı ötən müddətdə 112 min 209 işçidən 111 min 961 işçiyə düşüb.

Bütövlükdə, həm əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması, həm də ümumi muzdlu məşğulluqda özəl sektorun payının daha da artırılması prioritet olaraq qalmaqdadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bu ərazilərdə qaz olmayacaq

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qızıl və gümüş daha da bahalaşıb

Avro və rubl ucuzlaşdı - Məzənnə

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin