BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
51660

Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödəniş vergi adlanır. 

Vergilərdən qazanılan vəsaitlərin dövlətlər üçün müxtəlif funksiyaları olub. Bu əldə edilən vəsaitlər dövlətin nəzarətində olan müxtəlif sahələrə xərclənib. 

Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Bundan əlavə təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat sahələrinə ayrılan vəsaitlərdən vergilər hesabına maliyyələşib. 

Azərbaycan vergi sistemində də tətbiq edilən müxtəlif vergi növləri var. Bu vergilər dövlət büdcəsində toplanaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbinə uyğun olaraq istifadə olunur. 

Azərbaycan Respublikasının müasir vergi sistemi müstəqillik illərində formalaşıb. 2001-ci ilin yanvarın 1-dən isə ölkədə Azərbaycan Respublikasının Vergi Məcəlləsi tətbiq edilir. Bu məcəllə ilə mövcud normativ hüquqi aktlar sistemləşdirilərək vahid kodeks şəklində birləşdirildi.  Azərbaycanda tətbiq edilən müxtəlif vergi növləri var. 

Valyuta.az Azərbaycan Respublikasının vergi sistemində  tətbiq edilən vergi növlərini təqdim edir. 

Vergilər Məcəlləsinin tələbinə uyğun olaraq vergitutmanın 3 növü var:
-    Gəlir
-    İstehlak(xərc) 
-    Sərvət 

Gəlirlər üzərindən alınan vergi növləri aşağıdakı kimi formalaşır:
-    Fiziki şəxslərin vergisi
-    Hüquqi şəxslərin vergisi
-    Sadələşdirilmiş vergi 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində istehsal etdiyimiz mal və xidmətlərə görə də vergilər formalaşıb. Bunlar isə 
-    Əlavə dəyər vergisi (ƏDV)
-    Aksiz vergisi
-    Yol vergisi
-    Mədən vergisidir. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbul yenə silkələndi

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

Bu sahibkara xəbərdarlıq edildi

117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

200 manatlıq şirkət qurdu - 100 mindən çox borcu var

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

“Azərenerji”yə əlavə 700 milyon maya qoyuldu

Hansı ayda məzuniyyətə çıxmaq daha sərfəlidir?

"Azergold" 12 milyona nə iş görəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin