Kamran Əliyev onlara vəzifə verdi (FOTO)
Baş prokuror Kamran Əliyev yeni əmrlər imzalayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Valyuta.az-a bildirilib ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edilib ki, Günay Məmmədli 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Füzuli və Nizami rayon prokurorlarının köməkçisi, Bakı şəhər prokurorluğunda idarə prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru vəzifələrində işləyib.
Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Gülüstan Abdullayeva Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.
2002-ci ildə prokurorluq orqanlarında müsabiqə yolu ilə qulluğa qəbul olunan Gülüstan Abdullayeva əvvəllər Sumqayıt şəhər və Yasamal rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, Bakı şəhər prokurorluğunda idarə və şöbə prokuroru, Baş Prokurorluqda idarə prokuroru vəzifələrində işləyib.
Bununla da, prokurorluq orqanlarında rəhbər vəzifədə çalışan qadın əməkdaşların sayı 11-ə çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay