Deputata məxsus olduğu deyilən şirkət məhkəmə qarşısında
"ABC-Telecom" yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.
347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“ABC-Telecom” isə mobil telefon satışı və məişət texnikasının satışını həyata keçirir.
“Kontakt-Home” mağazalar şəbəkəsi “ABC-Telecom”undur.
Mediada gedən məlumatlara görə, şirkət deputat Elnur Allahverdiyevə məxsusdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay