Bu ərazilərdə qaz olmayacaq
Bu gün Bakının Suraxanı və Nizami rayonlarının, həmçinin Ucar rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Valyuta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Yeni Suraxanı” qaz paylayıcı stansiyasında (QPS) istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması və Nizami rayonu, Qara Qarayev prospekti 114 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə iyulun 11-də saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun (Bülbülə və Yeni Suraxanı qəsəbələrinin) və Nizami rayonunun (Qara Qarayev prospektinin bir hissəsi və Bəhruz Nuriyev küçəsi) bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
“Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan Ucar şəhərini və rayonun 27 kəndini təbii qazla təmin edən müxtəlif diametrli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə iyulun 11-də saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay