Xəbər
10.07.2024 / 17:39
Agentliklə keçmiş işçisi arasında məhkəmə çəkişməsi davam edir
51493
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin keçmiş işçisi Mahirə Əhmədova ilə qurum arasında məhkəmə çəkişməsi davam edir.
Valyuta.az xəbər verir ki, məhkəmə çəkişməsinin kökündə Mahirə Əhmədovanın işdən çıxarılması dayanır.
O, rəhbərliyin qərarını qanunsuz hesab edərək Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. O, işə bərpa olunmasını və işsiz qaldığı müddət üçün əmək haqqı tələb edir.
Lakin iddia təmin edilməyib.
Mahirə Əhmədova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Məhəmməd Rüstəmlinin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay