Xəbər
09.07.2024 / 18:01
"Azpul" 20 min manat cərimələnə bilər
51435
"Azpul" MMC barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
598.1.1-ci maddəyə görə fiziki şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 15 000 manatdan 20 000 manatadək məbləğdə cərimə edilir.
"Azpul" MMC bank olmayan kredit təşkilatıdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay