09.07.2024 / 16:33
AZAL prezidentinə yeni müşavir təyin olundu
51424
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları departamentinin müdiri, nazirin müşaviri Fidan Fərzəliyevaya yeni vəzifə verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, F.Fərzəliyeva “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları departamentinə isə yeni direktor Renat Rüstəmov təyin edilib. O, bundan əvvəl “AzInTelecom” MMC-nin İnsan Kapitalının İdarəolunması departamentinin direktoru idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay