ABŞ limanına Azərbaycan bayrağı altında ilk gəmi yan alıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən "Handysize" tipli "Xocalı" gəmisinin ilk səfəri uğurla yekunlaşıb.
Valyuta.az ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın Bukpyung limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının Portlend limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb.
20 gün davam edən səfər çərçivəsində "Xocalı" ümumilikdə 8 390 kilometr məsafə qət edib.
Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb. Belə ki, "Xocalı" müstəqil Azərbaycan bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.
Qeyd edək ki, "Xocalı" bu ilin may ayında Çində istismara verilib. Ümumilikdə 38 min 593 ton yükgötürmə imkanına malik olan gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə onun bir çox dayaz limanlara rahatlıqla daxil olmasına şərait yaradır.
"Xocalı" Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan "Handysize" tipli ilk gəmidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay