BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
51210

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, işin keyfiyyətini yüksəltmək, daha çevik və operativ idarəetməni təmin etmək məqsədilə struktur dəyişiklikləri aparılıb. Bu barədə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Dövlət Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, Komitədə mövcud ştat vahidləri çərçivəsində Dini məsələlər, Regionlarla iş, Beynəlxalq əməkdaşlıq, Ekspertiza, İnklüziv inkişaf, Media və kommunikasiya, Dövlət qulluğu və insan resursları, Sənədlərlə və müraciətlərlə iş, Maliyyə və təchizat şöbələri, eləcə də iki müşavir vəzifəsi və bir aparat rəhbərinin müavini postu yaradılıb.

Dövlət Komitəsində Daxili nəzarət, Analitik təhlil və proqnozlaşdırma, İnformasiya texnologiyaları, Layihələrin idarə olunması, Hüquq, Vətəndaşların qəbulu və Satınalmalar sektorları fəaliyyət göstərəcək.

Dövlət Komitəsi sədrinin əmri ilə yeni yaradılmış struktura uyğun kadr təyinatı aparılıb. Belə ki, Nəriman Qurbanov aparat rəhbəri, Elşad Miraləm aparat rəhbərinin müavini, Anar Rəhimov Beynəlxalq əməkdaşlıq, Ramin Xudayev Regionlarla iş, Aqşin Əliyev Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Amil Cavadov sədrin müşaviri, Cahandar Əlifzadə Dini məsələlər, Nahid Məmmədov Ekspertiza, Elnarə Kərimova İnklüziv inkişaf, Yaqut Əliyeva Media və kommunikasiya, Vüqar Səlimov Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.

Bundan başqa, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyində də dəyişiklik edilib. Fondun icraçı direktoru vəzifəsinə Vüsal Göyüşov təyin olunub. Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsin direktoru vəzifəsi isə Mehman İsmayılova həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqladı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu 285 manat olacaq

Deputatdan təklif: "Çoxuşaqlı ailələr daha tez pensiyaya çıxsın, daha yüksək pensiya alsın"

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

Sabah leysan yağacaq

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

"Bakı Şərab-1"lə "Green Mebel" arasında icarə qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin