Xəbər
25.06.2024 / 12:51
Deputat enerji doldurulması üçün müəyyən edilən parklanma yerlərində digər maşınları saxlayanların cəriməsinin iki dəfə artırılmasını istəyir
50589
Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanması üçün cərimə 20 manat nəzərdə tutulub və bu, çox azdır.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, enerji doldurma məntəqələrinin sayı azlıq təşkil edir: "Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan, həmin cəriməni 40 manat etsək yaxşı olar".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay