Xəbər
25.06.2024 / 09:07
Şirkətlə nazirlik arasında alqı-satqı mübahisəsi
50552
"Novator HRC" şirkəti Mədəniyyət Nazirliyini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Günay Həşimovanın icraatındadır.
İşin mahiyyəti alqı-satqı müqaviləsinə dair mübahisələrdən ibarətdir.
"Novator HRC" MMC 2007-ci ildə fəaliyyətə başlayan, Mərkəzi ofisi Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən və dünyanın 18 ölkəsində Əczaçılıq, Tikinti və digər xidmət sahələrində uğurla fəaliyyət göstərən “NOWP Group” şirkətinin bir qoludur.
Şirkəti kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici vasitələr, təmizlik avadanlıqları, təmizlik maşınları, gigiyenik kağız və digər təmizlik məhsullarının təchizatını həyata keçirir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay