BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
50443

Bu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq - iki dəfə çoxdur. Hesabat dövründə Azərbaycan İndoneziyadan 12,4 milyon ABŞ dolları dəyərində 10 min 914 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində 899 ton (bir il əvvəlki göstəricidən 84,6 faiz az), Rusiyadan 59 min ABŞ dolları dəyərində 42,6 ton və Türkiyədən 31,9 min ABŞ dolları dəyərində 23,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb. Mütəxəssislərdən də davamlı eşidirik ki, bu məhsul insan orqanizmi üçün çox təhlükəlidir. Bəs o zaman niyə hər il idxalı daha da artır?

Bir bitkidən alınan iki fərqli məhsul

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, palma yağı dedikdə eyni ad altında iki fərqli struktura malik yağ nəzərdə tutulur: “Birincisi, palma meyvəsinin lətindən alınır, ikincisi isə palma meyvəsinin toxumlarından hazırlanır. Palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağıdır. İnsan orqanizmi üçün müstəsna əhəmiyyətə malikdir. Amma palma toxumlarından alınan yağ insan orqanizmi üçün zərərlidir, qida sənayesi üçün yararsızdır”.

A.Nəsirli bu zərərli yağın ölkəmizə gətirilməsi səbəblərini də açıqladı: “Rəqəmlərdə ölkəmizə gətirilən məhsulların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir. Ümumiyyətlə, belə bir təsnifat aparılmır. Palma meyvəsinin toxumundan alınan yağ dünyada ən ucuz hesab olunur. Bahalı yağlar ölkəmizə külçə şəklində gətirilir və burada qablaşdırılır. Həmin yağlara ən az 20 faiz palma yağı qatılır. Beləliklə, bahalı və keyfiyyətli yağ kimi insanlara təqdim olunur. İşbazlar 10 dəfə daha çox qazanc əldə etmiş olurlar”.

Sənaye adı ilə gətirilib, mətbəximizə daxil olur

İqtisadçı qeyd etdi ki, işbazlar külli miqdarda qazanc əldə etdiyi üçün müxtəlif adlarla bu məhsulu ölkəmizə gətirməyi bacarırlar: “İdxal edərkən də təyinatını dəyişirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər, lakin ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır. Araşdırmaq lazımdır ki, bu yağ sənayedə hansı məqsədlərlə istifadə olunur ki, bu qədər idxal edilir. Doğrudan da ondan sabun, sürtgü materialları hazırlanır, texniki məsələlər üçün istifadə olunur? Bununla bağlı müşahidələr aparılmalıdır”. 

Qidaların ömrünü uzadır

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, bu yağ ucuz olması ilə bərabər, məhsulların ömrünü də uzatdığı üçün idxalı artır: “Qida çeşidliliyi artdıqca qidaların daha ucuz xammaldan əldə olunması və rəf ömrünün uzadılmasına hesablanmış istehsalın artımı meydana gəlir. Palma yağının istifadəsi də bu səbəbdəndir. Palma yağından istifadə olunduqda həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü daha da uzun olur. Həmçinin daha ucuz başa gəlir. Palma yağı sənaye üsulu ilə hazırlandıqda qidada istifadəyə yararlı deyil”.

Bitki yağı yediyimizi zənn edib zəhərlənirik

M.Hüseynovanın fikrincə, palma yağından bir çox məhsullarda istifadə edilsə də, tərkibləri gizlədilir: “Xüsusən də paketlənmiş qidaların əksəriyyətində, eyni zamanda restoran və iaşə obyektlərində qızartma yeməklərdə, bir çox şirniyyatlarda palma yağından istifadə olunur. Lakin bu, əksər hallarda göstərilmir. Bəzən bitki yağı adı altında yazılır, hətta bir neçə bitkinin adı qeyd edilir və konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu bilinmir. Yaxud müxtəlif kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar da aldıqları məhsullar haqqında tam məlumatlı olmurlar. Bəzi ölkələrdə məhsulların tərkibində palma yağından istifadəyə icazə verilsə də, əksəriyyətində bu, qadağandır. Xüsusən də uşaq qidalarında bu qadağalar daha çox tətbiq edilir. Amma palma yağı təbii haldadırsa, tərkibində A və E vitaminləri, doymamış yağ turşuları varsa, ondan az miqdarda, gec-gec istifadə olunsa, o qədər də zərərli deyil”.

İnkişafda geriləmə, erkən yaşda xəstəliklər...

Mütəxəssisin sözlərinə görə, yeniyetmə və gəncləri bu tip məhsullardan maksimum dərəcədə uzaq tutmalıyıq: “Araşdırmaların nəticələrində də görünür ki, gündəlik, davamlı olaraq palma yağından istifadə edən insanların sağlamlığında müəyyən təhlükələr yarana bilir. Xüsusilə də 20 yaşa qədər olan insan orqanizmində hər gün inkişaf getdiyinə görə, keyfiyyətsiz yağdan istifadə məsləhət deyil. İstifadə edildikdə bu, uşaq və yeniyetmələri inkişafdan geri salır, müəyyən xəstəliklərə erkən yaşda tutulmağa səbəb olur. Sağlamlığına diqqət edən insanlar bu tip məhsullardan istifadə etməməlidirlər. Palma yağından həddən artıq istifadə insan orqanizmində pis xolesterin kimi tanınan LDL səviyyəsini yüksəldir. Həmçinin yaxşı xolesterin kimi tanıdığımız HDL-i aşağı salır ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İmmun sistemi güclü olan insanlar bu tip qidalardan gec-gec istifadə etsələr, zərərini o qədər də hiss etməyə bilərlər. Amma daima paketlənmiş qidalar, mənşəyi kimyəvi qatqı maddələri, keyfiyyətsiz yağlar olan məhsullardan istifadə edən insanlarda inkişafdan geri qalma, xəstəliklərə tutulma özünü açıq aydın göstərir”.

Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin