Xəbər
20.06.2024 / 16:47
“PASHA Management Company”də təyinatlar olub
50361
“PASHA Holding” MMC-nin strukturunda olan “PASHA Management Company” MMC-nin insan resursları üzrə strukturlarında təyinatlar olub.
Valyuta.az Banker.az-a istinadən xəbər ki, Rəna Rzayeva İstedadların idarə edilməsi qrupunun rəhbəri təyin edilib. 2022-ci ilin martından R.Rzayeva Qrupun insan resursları üzrə Baş direktoru vəzifəsində çalışırdı.
Aytən Abbaslı isə yeni yaradılmış struktur olan Strateji insan resursları və transformasiya qrupunun rəhbəri təyin edilib. A.Abbaslı isə 2015-ci ilin aprelində sahə üzrə strukturlara rəhbərlik edib.
Hər iki şəxs paralel olaraq ana şirkətdə çalışırlar.
Xatırladaq ki, holdinqə daxil olan “PAŞA Management Company” MMC 2021-ci ildə təsis edilib və 100 manat nizamnamə kapitalına sahibdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay