"Qəbələ İnşaat"la "Akkord" arasında nə baş verib?
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə "Qəbələ İnşaat" MMC arasında podrat müqaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, bu mübahisədən dolayı "Qəbələ İnşaat" MMC məhkəməyə müraciət edib.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Nərmin Əhmədova iş üzrə hakim təyin edilib.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Azərbaycanın ən iri tikinti şirkətlərindən biri kimi tanınır. Uzun illər mediada şirkətin keçmiş baş prokuror Zakir Qaralova məxsus olduğu barədə məlumatlar dərc edilib. Bu məlumatlar qarşı tərəfdən təkzib edilməyib.
Zakir Qaralovun sabiqlərin sırasına qoşulmasından sonra "Akkord"un fəaliyyətində axsamaların müşahidə edilməsi bu məlumatların əsassız olmadığı barədə qənaəti bir qədər də gücləndirir.
Məlumat üçün deyək ki, son illər şirkətin sədası əsasən məhkəmlərdən gəlir. Bundan başqa, ASC-nin hazırda 15 275 636,27 manat vergi borcu var. Bu da şirkətin maliyyə sıxıntıları içində olmasını göstərir.
"Qəbələ İnşaat" MMC-yə gəlincə, şirkət 4 aprel 2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 AZN-dir. Hüquqi ünvanı Qəbələ rayonu Qəbələ şəhəri, M. Mərdanov küçəsi, ev 15-də yerləşən MMC-nin qanuni təmsilçisi Babayev Cavid Füzuli oğludur.
Cavid Babayev Fövqəlada Hallar Nazirliyinin (FHN) Şimal Qərb Regional Mərkəzinin rəis müavini Ceyhun Babayev qardaşıdır.
Bu baxımdan, iddia edilir ki, şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay