AMB sədri: "Dünyada təbii fəlakətlər ciddi maliyyə itkilərinə səbəb olur"
Dünyada baş verən təbii fəlakətlər həm əhali, həm biznes, həm də dövlətlər üçün ciddi maliyyə itkilərinə səbəb olur.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
"Belə bir dövrdə ekoloji-sosial və idarəetmə amillərinin rolu artır. Bu səbəbdən Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan milli prioritetlərin reallaşdırılmasına töhfə vermək, eləcə də dayanıqlı maliyyə axınlarını təmin etmək məqsədi ilə AMB "2023-2026-cı illər üzrə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"ni təsdiqləyib. Bu sənəddə dayanıqlı maliyyə sistemləri və onun sabitliyini təmin edilməsi öz əksini tapıb", - deyə o qeyd edib.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay