Xəbər
19.06.2024 / 21:27
Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana GƏLİR
50276
Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda Bakıda keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Azərbaycana səfər edəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Valyuta.az-a verilən məlumata görə, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Rəyasət heyəti ilə görüşəcək.
O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.
Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay