Niyazi Əmirbəyov cərimələndi, məhkəməyə üz tutdu
Azərbaycan Taxıl İstehsalçıları və Emalı Assosiasiyasının İdarə Heyətinin sədri Niyazi Əmirbəyov cərimələnib.
Valyuta.az-ın məlumatına görə, ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb.
Niyazi Əmirbəyovu cərimələyən qurum isə Dövlət Əmək Müfəttişliyi Xidmətidir.
192.1-ci maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Niyazi Əmirbəyov konkret hansı məbləğdə cərimələndiyi məlum deyil. Məlum olan odur ki, o, dövlət xidmətinin qərarından məhkəməyə şikayət edib.
Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.
Niyazi Əmirbəyov həm də “Aqro Dairy” şirkətinin icraçı direktorudur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay